Rumıniya səfiri - Rumıniya Gürcüstana namizəd statusunun verilməsini dəstəkləyib və bizim yenə də belə mövqeyimiz olacaq
Rumıniya səfiri - Rumıniya Gürcüstana namizəd statusunun verilməsini dəstəkləyib və bizim yenə də belə mövqeyimiz olacaq

 
Rumıniya Gürcüstana namizəd statusunun verilməsini dəstəkləyib və bizim yenə də belə mövqeyimiz olacaq- bu barədə Rumıniyanın Gürcüstandakı səfiri Razvan Rotundu açıqlayıb.

O, Avropa Komissiyasının Gürcüstanın üzərində işlədiyi tövsiyələrə dair rəyini ilin sonunda dərc edəcəyini bildirib.

“Gürcüstan Avropa İttifaqının tövsiyələri üzərində işləyir. Mən bilirəm ki, Venesiya Komissiyasına bir neçə qanun layihəsi təqdim olunub. Avropa Komissiyası öz rəyini ilin sonunda dərc edəcək. Bəzi aralıq hesabatlar da olacaq. Rumıniya Gürcüstana namizəd statusunun verilməsini dəstəkləyib və bizim yenə də belə mövqeyimiz olacaq. Qərar 27 ölkənin konsensusu ilə qəbul edilməlidir. Gürcüstanın namizəd statusuna malik olması Rumıniyanın mövqeyidir”- deyə Rumıniya səfiri qeyd edib.