Rumıniya Prezidentinin Administrasiyası - Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri bu ölkələrin maraqlarına əsaslanan və enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalayacaqlar
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri tərəfindən imzalanacaq sənəd Qara dəniz hövzəsində milli və regional enerji təhlükəsizliyinin və əlaqənin konsolidasiyası ilə bağlı dörd ölkənin maraqlarına əsaslanır-bu barədə Rumıniya Prezident Administrasiyasının məlumatında deyilir.
Rumıniya Prezident Administrasiyasının məlumatında Kotroçen sarayında keçiriləcək imzalanma mərasimində Avropa Komissiyasının prezidenti Ursula fon der Laiyenin iştirak edəcəyi deyilir.
Sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili, Rumıniyanın Baş naziri Nikolae Chuka və Macarıstanın Baş naziri Viktor Orban imzalayırlar.
Bəyanatda deyilir ki, sənəd Qara dəniz hövzəsində milli və regional enerji təhlükəsizliyinin və əlaqənin konsolidasiyası, təchizat mənbələrinin şaxələndirilməsi, Xəzər regionunda bərpa olunan enerji istehsalı potensialının kapitallaşdırılması və bərpa olunan enerji payının artırılması ilə bağlı dörd ölkənin maraqlarına əsaslanır.
“Dördtərəfli hökumətlərarası saziş Rumıniya və Azərbaycan arasında bərpa olunan mənbələrdən elektrik enerjisinin nəqli üçün Gürcüstan və Qara dəniz vasitəsilə sualtı kabel layihəsinin reallaşdırılmasını nəzərdə tutur.
Qara dəniz vasitəsilə sualtı elektrik ötürücü kabel layihəsi Avropa Komissiyası ilə Azərbaycan Respublikası arasında energetika sahəsində sazişin bir hissəsidir və eyni zamanda, Avropa İttifaqının “Global Gateway” strategiyasının bir hissəsi kimi Gürcüstan üçün flaqman layihədir”-deyə Rumıniya Prezidentinin Administrasiyasının məlumatında qeyd olunub.