Rumıniya Prezidenti - NATO tərəfindən həm Ukraynaya, həm də Moldova, Gürcüstan, Bosniya və Herseqovinaya dəstəyin gücləndirilməsi vacibdir
Rumıniya Prezidenti - NATO tərəfindən həm Ukraynaya, həm də Moldova, Gürcüstan, Bosniya və Herseqovinaya dəstəyin gücləndirilməsi vacibdir

 

Alyans tərəfindən həm Ukraynaya, həm də Moldova, Gürcüstan və Bosniya və Herseqovina kimi NATO-nun regiondakı ən həssas tərəfdaşlarına dəstəyin gücləndirilməsi vacibdir-bu barədə Rumıniya Prezidenti Klaus İohannis Buxarestdə NATO-nun baş katibi İens Stoltenberqlə birgə mətbuat konfransında açıqlayıb.

“Görüşdə Rumıniyanın Ukraynanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə güclü və konkret dəstəyini vurğuladıq. Biz həmçinin Alyans tərəfindən həm Ukraynaya, həm də Moldova, Gürcüstan və Bosniya və Herseqovina kimi NATO-nun regiondakı ən həssas tərəfdaşlarına dəstəyin gücləndirilməsinin vacibliyini vurğuladıq. Qara dəniz regionunda strateji sabitliyin möhkəmləndirilməsi əlavə çağırışdır, bu enerji təhlükəsizliyi və dəniz nəqliyyatının azadlığı da daxil olmaqla kilid aspektləri ehtiva edir” – deyə Klaus İohannis açıqlayıb.

Klaus İohannis və İens Stoltenberq arasında görüş NATO Xarici İşlər Nazirləri toplantısının başlamasına bir gün qalmış baş tutub. Nazirlərin görüşü çərçivəsində Gürcüstanın xarici işlər naziri ilə də görüş keçirilməsi nəzərdə tutulub.