Rumıniya Konstantsadakı Rusiya konsulluğunu bağlayıb və Rusiya konsulunu “persona non grata” elan edib
Rumıniya Konstantsadakı Rusiya konsulluğunu bağlayıb və Rusiya konsulunu “persona non grata” elan edib

Rumıniya Konstantsa şəhərindəki Rusiya konsulluğunu bağlayıb və Rusiya konsulunu “persona non grata” elan edib.

Bu barədə Nicuşor Dan Milli Müdafiə üzrə Ali Şuranın iclasından sonra mediaya açıqlamasında bildirib.

Onun sözlərinə görə, dronun uçuş trayektoriyası məlumdur və onun Ukraynada hansı marşrutla hərəkət etdiyi, həmçinin Rumıniya hava məkanına haradan daxil olduğu müəyyən edilib. Nicuşor Dan qeyd edib ki, həmin dron Ukraynadakı hədəflərə yönəlmiş 43 drondan biri olub.

Rumıniyanın sərhəd şəhəri Qalatsda dron 10 mərtəbəli yaşayış binasına çırpılıb və nəticədə iki nəfər yaralanıb. Rumıniya Müdafiə Nazirliyi binaya Rusiya dronunun çırpıldığını açıqlayıb.

Hadisəyə Rumıniyanın xarici işlər naziri Oana-Silvia Țoiu da münasibət bildirib. O qeyd edib ki, Rumıniya hava məkanının bu ciddi şəkildə pozulması ilə bağlı zəruri diplomatik addımlar atacaq.