Rumıniya Xarici İşlər Nazirliyi - Şovidə dağıdıcı torpaq sürüşməsi nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk
Rumıniyanın Xarici İşlər Nazirliyi Şovidə torpaq sürüşməsi zamanı həlak olanların ailə üzvlərinə başsağlığı verir.
“Gürcüstanın Şovi kurortunda baş vermiş dağıdıcı sürüşmə nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığımızı bildiririk. Bütün yaralıların tezliklə sağalmasını arzulayırıq və itkin düşənlərin sağ-salamat qayıdacaqlarına ümid edirik”, – Rumıniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Avqustun 3-də Şovidə sürüşmə baş verib. Hazırda mövcud olan rəsmi məlumata görə, təbii fəlakət nəticəsində 11 nəfər həlak olub.
Gürcüstanda 7 avqust matəm günü elan edilib.