Ruisi yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər həlak olub, 4 nəfər yaralanıb
Ruisi yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər həlak olub, 4 nəfər yaralanıb

 
Ruisi yaxınlığında mərkəzi magistralda yol qəzası baş verib.

Qori-Aqara-Xaşuri sərnişin mikroavtobusu ilə yük avtomobili toqquşub, daha sonra yük avtomobili magistral yolda hərəkətdə olan digər yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində 1 nəfər həlak olub, 4 nəfər yaralanıb.

Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə patrul polisi səfərbər olunub.