Rtveli (üzüm yığma) 2019-un koordinasiya qərargahı Telavidə işinə başladı, – bu barədə Milli Şərab Agentliyinin sədri, Levan Muxuzla bəyan etdi.
Muxuzla bu gün brifinqdə 2019-cu ilin üzüm yığılması hazırlığı və gözləntiləri barəsində danışdı.
Onun dediyinə görə, Milli Şərab Agentliyi əməkdaşlarının bir hissəsi Telavi munisipalitetindədir və prosesin təşkili prsesində iştirak edir.
“2019-cu ilin yazında siyasi hadisələrdən sonra, Rusiyaya ixracın azalması və Rusiya tərəfindən gürcü şərabının idxalına mümkün sanksiyaların tədbiq olunmasına görə, gözlənti var ki, cari ilin üzümün yığılması zamanı istehlakçılar tərəfindən üzümün alınması tələbatı azalsın. Onların bəyan etdiklərinə görə, onlar elan edildiyindən az miqdarda üzüm təhvil alacaqlar, çünki şərabın satılması üzrə problemlərlə qarşılaşa bilərlər”, – Muxuzla bəyan etdi.
Elə onun dediyinə görə, bu il Kaxetidə 250 min ton üzümü gözləyirlər. Bu isə mümkündür ki, üzümə, xüsusi olaraq ağ üzümə olan tələbat aşağı olsun.