"Royterin" məlumatına görə, "Tvitter" ABŞ prezidentinin rəsmi səhifəsini Co Baydenə yanvarın 20-də təhvil verəcək
“Tvitter” ABŞ prezidentinin rəsmi səhifəsini Co Baydenə yanvarın 20-də təhvil verəcək.
Bu haqda məlumatı “Royter” agentliyi yayır.
Söhbət qüvvədə olan prezident Donald Trampın personal səhifəsindən deyil, ABŞ prezidentinin rəsmi “Tvitter”səhifəsindən gedir.
“Tvitter”-in baş ofisində bəyan edirlər ki, şirkət yeni administrasiyaya Ağ Evin, Birinci ledinin və vitse prezidentin rəsmi səhifələrinə daxil olmaq imkanı da təqdim edəcək.