„Royterin“ məlumatına görə, İndoneziya polisi Papua Qvineyalı demonstrantlara atəş açdı
„Royterin“ məlumatına görə, İndoneziya polisi Papua Qvineyalı demonstrantlara atəş açdı

İndoneziya polisi Papua-Qvineyalılara atəş açdı.

Bu barədə məlumatı “Royters” agentliyi separatistlərin nümayəndəsinə istinadən yayır.

Hüquqmühafizəçilər demonstrantların yerli hakimiyyət binasına hücum etdikləri zaman atəş açmalı oldular.

Yayılan məlumata görə, hadisə nəticəsində ölənlər də var, ancaq İndoneziyanın Milli Polisinin mətbuat xidməti bu məlumatı yalanlayır və onu provokasiya adlandırır.

İndoneziyanın Cənub-Şərq hissəsində Papua və Qərbi Papua əyalətlərində minlərlə yerli əhali Papualıların etnik diskriminasiyası ilə bağlı etiraz aksiyası keçirirlər.

Etiraz aksiyaları Şərqi Cava əyalətində Papualı tələbənin həbs edilməsi ilə başladı.

Tələbə evində yaşayan 43 Papualı tələbəyi polis İndoneziya bayrağını təhqir etməklə ittiham edir.

Tələbələri eyni gün azad etdilər, ancaq əhali diskriminasiya şikayət edərək, etiraz aksiyalarına davam etdi.

Təhlükəsizliyin gücləndirilməsi üçün İndoneziya iqtidarı regiona əlavə polis qüvvələri göndərdi və interneti keçirdi.

Papua və Qərbi Papua əyalətlərində illər ərzində fəal separatist hərəkatları var. 

Təbii zənginliyinə baxmayaraq, ən yoxsul regionlardan biri Papuadır.

Papua regionu 60-cı illərə qədər Niderlandların koloniyası idi, sonra isə, müstəqilliyini elan etdi.

1969-cu ildə, referendum nəticəsində, Papua İndoneziyanın hissəsi oldu, ancaq o referendum nəticələrinə yerli əhali hələ də şübhə ilə baxır, çünki referendumda sadəcə min nəfər iştirak edib.