"Royter" - Tehranda klinikada baş verən partlayış nəticəsində 13 nəfər həlak olub
Tehranın Şimal hissəsində, tibbi müəssisədə güclü partlayış baş verdi.
“Royter” agentliyinin İran medyasına istinadən yaydığı məlumata görə, partlayış nəticəsində 13 nəfər həlak oldu, xəsarət alanlar da var.
Tehranın qubernator müavini Reza Qudarzinin medyaya verdiyi məlumata görə, partlayışın səbəni təbii qazın sızması olub.
Hadisə ilə bağlı digər təfərrüatlar hələlik məlum deyil.