"Royter" - Moskvada Aleksey Navalnının azad edilməsi tələbi ilə etiraz aksiyasına 40 000 nəfər yığldı
“Royterin” məlumatına görə, Moskvada, müxalifətçi Aleksey Navalnının azad edilməsi tələbi ilə keçirilən etiraz aksiyasına 40 000 insan yığılıb.
Agentlik yazır ki, bu son illərdə Rusiya paytaxtında keçirilən ən çox iştirakçısı olan aksiyadır.
Moskva polisinin məlumatına görə, paytaxtda yerli vaxt ilə 14:40-da aksiyaya 4 000 nəfər yığılmışdı.
Rus medyasının məlumatına görə, Moskvada aksiya zamanı 395 nəfər həbs olundu.
Tam olaraq isə, Rusiya miqyasında keçirilən etiraz aksiyalarında 1338 nəfər həbs edilib.