Rostov vilayətinin Azov şəhərində pilotsuz uçuş aparatının hücumu nəticəsində neft məhsullarının olduğu anbarlar yanıb
Rostov vilayətinin Azov şəhərində pilotsuz uçuş aparatının hücumu nəticəsində neft məhsullarının olduğu anbarlar yanıb

 
Rostov vilayətinin Azov şəhərində pilotsuz uçuş aparatının hücumu nəticəsində neft məhsullarının olduğu anbarlar yanıb. Bu haqda yerli hakimiyyət məlumat yayır.

“Azovda pilotsuz uçuş aparatının hücumu nəticəsində neft məhsullarının olduğu anbarlar yanıb. İlkin məlumatlara görə, insan tələfatı yoxdur” – deyə Rostov vilayətinin qubernatoru Vasili Qolubev açıqlayıb.

Rostov vilayətinin qubernatoru əlavə edib ki, yanğının söndürülməsi prosesində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları iştirak ediblər.