"Rospotrebnadzor" Gürcüstandan Rusiyaya daxil olan alkohol içkilərin keyfiyyətini yoxlayır
"Rospotrebnadzor" Gürcüstandan Rusiyaya daxil olan alkohol içkilərin keyfiyyətini yoxlayır

“Rospotrebnadzor” Gürcüstandan Rusiyaya daxil olan alkohol içkilərin keyfiyyəti ilə bağlı bəyanat yayır.

Rəsmi veb-səhifədə yerləşdirilən məlumatda qeyd olunur ki, federal xidmət Gürcüstanda daxil olan alkohol içkilərinin keyfiyyətini yoxlayacaq.

Bəyanata əsasən, 2018-ci ilin birinci yarısında daxil olan məhsul Rusiya Federasiyasının texniki reqlamentinə və istifadəçilərin hüquqları haqqında qanuna müvafiq deyil. Bu səbəbdən, federal xidmətin bəyanatı ilə, Rusiya bazarına gürcü içkiləri buraxılmadı.

Veb-səhifədəki məlumata əsasən, tam olaraq 16 min litr gürcü alkoholl içkilərinin Rusiyaya daxil olması qadağan edildi.

Bununla yanaşı, federal xidmətin məlumatına görə, Rusiya ərazisinə daxil olan bütün alkohol içkilərinin keyfiyyətinə nəzarət gücləndiriləcək.