Romeo Mikautadze USAID ilə enerji sektorunda əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb
İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Romeo Mikautadze ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) missiyasının direktor vəzifələrinin icraçısı Kler Meson ilə birlikdə Gürcüstanın enerji sektorunun inkişafı istiqamətində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan anlaşma memorandumu imzalayıb.
Nazir müavini Romeo Mikautadze , memorandumun enerji sahəsində Amerika tərəfi ilə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində prioritet olacaq əsas istiqamətləri müəyyən edəcəyini bildirib. O , ölkənin enerji bazarının şəffaflığının təmin edilməsinə və yerli enerji resurslarının mənimsənilməsinə daha çox diqqət yetiriləcəyini bildirib. Bundan başqa, xarici enerji resurslardan asılılığın azaldılması və enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində daha effektiv addımlar atılacaq.
Anlaşma Memorandumu Gürcüstanın enerji sektorunu gücləndirmək üçün davamlı əməkdaşlıq hədəfi daşıyır. Memorandum dörd strateji hədəfi əhatə edir. Bunlara: uzunmüddətli siyasətin işlənib hazırlanmasında Gürcüstanın enerji təhlükəsizliyinin gücləndirilməsi; Bərpa olunan enerji mənbələrindən istifadə istiqamətində investisiyaların təşviqi; Gürcüstanın enerji bazarının davamlı idarə olunması üçün institusional potensialının artırılması və kibertəhlükəsizliyin gücləndirilməsi yolu ilə enerji sektorunun davamlılığının artırılması.
Məlumatı İqtisadiyyat Nazirliyinin mətbuat xidməti yayır.