Romeo Mikautadze Dövlət Elektrik Sisteminin Milli Dispetçer Mərkəzindən Gürcüstan əhalisini Yeni il münasibətilə təbrik edib
Romeo Mikautadze Dövlət Elektrik Sisteminin Milli Dispetçer Mərkəzindən Gürcüstan əhalisini Yeni il münasibətilə təbrik edib

 
İqtisadiyyat və davamlı inkişaf nazirinin birinci müavini Romeo Mikautadze ənənəvi olaraq Gürcüstan əhalisini, o cümlədən energetika sahəsinin əməkdaşlarını ölkənin enerji sektorunun idarə olunduğu Dövlət Elektrik Sisteminin Milli Dispetçer İdarəsindən təbrik edib. Bu barədə məlumatı İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin mətbuat xidməti yayır.

Verilmiş məlumatda, nazirin birinci müavininin ölkənin 24 saat fasiləsiz elektrik enerjisi təchizatını təmin edən Mərkəzi Dispetçer İdarəsinin əməkdaşlarına təşəkkür etdiyi deyilir.

“Gürcüstanın Elektrik Sisteminin Mərkəzi Dispetçer İdarəsindən bütün Gürcüstanı, onun hər bir vətəndaşını təbrik edir, onlara sülh və firavanlıq arzulamaq istəyirəm. 2023-cü il Gürcüstanın enerji sahəsində xüsusilə uğurlu olmuşdur. Hökumətin düzgün siyasəti nəticəsində həm elektrik enerjisi istehsalı, həm də onun ixracı xeyli artmış, bu da sahədə əlavə gəlirlər yaratmış, ölkə iqtisadiyyatının inkişafına töhfə vermişdir. Bu tendensiya 2024-cü ildə də davam edəcək. Hökumətin bəyan etdiyi siyasət bərpa olunan enerji mənbələrindən optimal istifadə və onların enerji şəbəkəsinə inteqrasiyasıdır ki, bu da həm ölkənin enerji təminatını yaxşılaşdıracaq, həm də onun enerji təhlükəsizliyini artıracaq”- Romeo Mikautadze deyib.

Nazirlik tərəfindən yayılmış məlumatda qeyd olunduğu üzrə, Milli Dispetçer Mərkəzində 24 saat növbə ilə işləyən dispetçerlər qonşu dövlətlərin elektrik enerji sistemləri ilə operativ danışıqlar aparır; elektrik stansiyalarının, yarımstansiyaların və yüksək gərginlikli elektrik verilişi xətlərinin normal və qəza hallarında fəaliyyətini; Elektrik stansiyalarında enerji balansına nəzarət və ixrac-idxal qrafiklərinin mühafizəsi və monitorinqini həyata keçirirlər.

Gürcüstanın Dövlət Elektrik Sisteminin baş direktoru Qiorqi Qiqineişvili Romeo Mikautadze ilə birlikdə Gürcüstanın Dövlət Elektrik Sistemində çalışan dispetçerləri təbrik edib.