Romeo Mikautadze Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəflə görüşüb
Romeo Mikautadze Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəflə görüşüb

 
İqtisadiyyat və davamlı inkişaf nazirinin birinci müavini Romeo Mikautadze Azərbaycana işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən verilmiş məlumatda görüşdə iki ölkənin iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji sahəsində uğurlu və daim inkişaf edən əməkdaşlığının vurğulandığı deyilir. Qeyd olunub ki, 2022-23-cü illərdə yüksək səviyyəli səfərlər iki xalqın strateji tərəfdaşlığına yeni təkan verib.

Görüş çərçivəsində birgə həyata keçirilən enerji və nəqliyyat layihələrinin hər iki ölkənin davamlı iqtisadi inkişafını gücləndirməklə yanaşı, regionun və Avropanın enerji təhükəsizliyinə dəyərli töhfə verdiyi vurğulanıb. Bu xüsusda 2022-ci ildə Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair sazişin imzalanmasının əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açdığı diqqətə çatdırılıb.

Tərəflər həmçinin SOCAR-ın Gürcüstandakı uğurlu fəaliyyətindən məmnunluq ifadə edilib, neft-qaz, bərpa olunan enerji sahələrində mövcud və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Məlumatı Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin mətbuat xidməti yayır.