Roman Qotsiridze - Uqulavanın mövqeyi ilə bağlı partiyada müzakirə aparmamışıq, bu müxalifətin qərar verəcəyi bir məsələdir, yeknəsək deyil
Roman Qotsiridze - Uqulavanın mövqeyi ilə bağlı partiyada müzakirə aparmamışıq, bu müxalifətin qərar verəcəyi bir məsələdir, yeknəsək deyil

 

Bu, Qiqi Uqulavanın mövqeyidir, biz bunu partiyada müzakirə etməmişik. Əlbətdə ki, bu, müxalifətin qərar verəcəyi bir məsələdir, yeknəsək deyil. Müxalifət fərqlidir – “Milli Hərəkat” partiyasının üzvü Roman Qotsiridze Qiqi Uqulavanın müxalifət partiyalarının “Milli Hərəkat”-ın çətiri altında birləşməsi təşəbbüsünə belə münasibət bildirir.

Onun sözlərinə görə, müxalifət koordinasiyada olmalıdır, eyni zamanda müxalifət partiyaları siyasi rəqibdirlər.

“Bu, razılaşa biləcəyiniz və ya bilməyəcəyiniz fikirlərdən biridir. Müxalifət əvvəlki seçkilərdə uğurlu əməkdaşlığın bir neçə nümunəsini göstərib. Əlbətdə, müxalifət koordinasiyada olmalıdır, lakin müxalifət partiyalarının eyni zamanda siyasi rəqib olduqlarını unutmamalıyıq. Siyasi rəqabət nəticəsində formalaşan koalisiya hökuməti Gürcüstanın demokratiya yoluyla inkişafının gələcəyidir. Bu hakimiyyəti koalisiya dəyişəcək. Bunun nə formada olacağı, parlamentə daxil olmazdan əvvəl və ya sonra baş verəcəyini siyasi proseslər göstərəcək. Hesab edirəm ki, bu gün bu məsələ haqqında danışmaq üçün hələ tezdir”-deyə Roman Qotsiridze bildirib.