Roman Qotsiridze – Soso Topuridzenin yaydığı məlumatlar "Gürcü Arzusunun" yaratdığı şayiələrin nəticəsidir, insanları çaşdırırlar, "Milli Hərəkatda" parçalanma yaratmaq istəyirlər
Soso Topuridzenin yaydığı məlumatlar “Gürcü Arzusunun” yaratdığı şayiələrin nəticəsidir, insanları çaşdırırlar, “Milli Hərəkatda” parçalanma yaratmaq istəyirlər, – bu barədə “Milli Hərəkatın” üzvü, Roman Qotsiridze bəyan etdi.
Onun dediyinə görə, bu cür məlumatların yayılması “Gürcü Arzusunun” dəyirmanına su tökür.
“Bu cür məlumatıarın yayılması “Gürcü Arzusunun” yaratdığı şayiələrin nəticəsidir, DTX-nin əsəridir. İnsanları çaşdırırlar, “Milli Hərəkatda” parçalanma yaratmaq istəyirlər ki, tərəfdarlarımızda sağlam olmayan şübhələr əmələ gətirsinlər. Sən demə, Nika Meliya ayda 1,5 milyon lari xərcləyir və dörd min biznes. Əgər ayda bu qədər xərcləyiriksə, ildə 18 milyon çıxır, partiya 18 milyon ki, xərcləsəydi, “Gürcü Arzusunu” dəyişərdik. Bunların hamısı səfehlikdir. Onun yayılması “Gürcü Arzusunun” dəyirmanına su tökür. Bu rəqəmlər “Gürcü Arzusunun” sosial şəbəkələrdə uydurulubdur”, – Qotsiridze bəyan etdi.
Konstitusiya Təhlükəsizlik Departamentinin keçmiş yüksək vəzifəlisi, Soso Topuridze sosial şəbəkədə yazdı:” hakimiyyət barəsində nə deyim, müxalifət xalqın xərcinə həyat qurdu, müxalifət üzvləri haradaydınız, Nika Meliya belə yüksək maaaş təyin edəndə”.