Roman Qotsiridze - partiyanı qadağan etmək faşist şüarıdır, əgər Gürcüstan konstitusiyasına görə hər hansı partiya qadağan edilməlidirsə, bu, “Xalqın Gücü” və rusiyayönlü qüvvələrdir
Hər hansı partiyanı qadağan etmək faşist şüarıdır, əgər Gürcüstan konstitusiyasına görə hər hansı partiya qadağan edilməlidirsə, bu, “Xalqın Gücü” və rusiyayönlü qüvvələrdir-bu barədə müxalifətdən olan deputat Roman Qotsiridze danışıb.
Qotsiridzenin Gürcüstanın Birinci Kanalına açıqladığı üzrə, Sozar Subarinin Kremlin idarə etdiyi rusiyayönlü partiyanın qadağan olunduğu Moldovanın adını çəkməsi çox yaxşı haldır, onun şüarları sözbəsöz “Xalqın Gücü”nün mövqeyinə uyğun gəlir.
“Bu partiya Moldovada qadağan edildiyi kimi, Gürcüstanda da “Xalqın Gücü” qadağan edilməlidir. “Milli Hərəkat”ın qadağan edilməsi məsələsi parlamentdə iki dəfə səsə qoyuldu və səhv etmirəmsə, onların 46 səsi var idi. Bu, Gürcüstanda birbaşa Rusiyanın maraqlarına xidmət edən insanların ucuz piarına əsaslanan cəfəngiyyatdır” – deyə Qotsiridze bildirib.
“Xalqın Gücü”nün liderlərindən olan Sozar Subari bu gün Gürcüstan parlamentində “Milli Hərəkat”ın cinayətkar fəaliyyətinin öyrənilməsi və onun mühakimə olunması prosesinə başlanılması təklifi ilə çıxış edib.