Roman Qotsiridze - növbədənkənar sessiyanı prezident çağırıb və əgər sessiya keçirilməzsə, bu o deməkdir ki, "Gürcü Arzusu" xalqı ələ salır, konstitusiyanı ayaqlar altına alır
Roman Qotsiridze - növbədənkənar sessiyanı prezident çağırıb və əgər sessiya keçirilməzsə, bu o deməkdir ki, "Gürcü Arzusu" xalqı ələ salır, konstitusiyanı ayaqlar altına alır

 

Növbədənkənar sessiyanı prezident çağırıb və sessiyanın keçirilməməsi “Gürcü Arzusu”nun seçicilərə hörmət etməməsi, xalqı ələ salması və konstitusiyanı ayaqlar altına alması deməkdir -bu barədə parlamentin üzvü, “Milli Hərəkat”ın nümayəndəsi Roman Qotsiridze Gürcüstanın Birinci Kanalına bildirib.

“Bütün bunlar o deməkdir ki, hakim komanda Avropa Komissiyasının tövsiyyələrinə əməl etmək istəmir, hər şey imitasiyadır və nümayiş üçün işləyirlər. Dekabrda onların məramının namizəd statusunu almaq deyil, hakimiyyətlərini saxlamaq olduğunu görəcəyik. Onlar Avropanı istəmirlər, çünki özləri Avropadadırlar – pul da qazanırlar, əhalinin 99,9 faizi avropa nemətlərdən kəsilib. Bütün bunlar kiçik bir sınaq idi. Biz onların Avropanın tövsiyyələrinə əməl etmək istəmədiklərinə və qorxularımızın doğru olduğuna əmin olduq”- deyə Roman Qotsiridze bildirib.