Deputat Roman Qotsiridze “Milli Hərəkat” partiyasını tərk edib.
Bu barədə Roman Qotsiridze sosial şəbəkədə yazır.
“Dostlar, mən “Milli Hərəkat”ı tərk etmək qərarını verdim. İndiki mərhələdə partiyada siyasi fəaliyyətimi davam etdirmək üçün imkanlarımı tükətdiyimi hesab edirəm. “Milli Hərəkat”a və onun bütün tərəfdarlarına uğurlar arzulayıram. Uzun illər əməkdaşlığa, etimada və yaxşı münasibətə görə hər kəsə təşəkkür edirəm”-deyə Qotsiridze yazır.