Roman Qotsiridze – “Milli Hərəkat”da cari proseslər bütövlükdə müxalifətə ziyan vurur, partiyanın özünü qınaması artıq komik formaya çevrilib
“Milli Hərəkat”da cari proseslər təkcə “Milli Hərəkat”a deyil, bütövlükdə müxalifətə də ziyan vurur – bu barədə parlamentin müxalif deputatı Roman Qotsiridze açıqlayıb.
Roman Qotsiridze bu proseslərin komik formaya çevrildiyini söyləyib.
“Məni “Milli Hərəkat”da gedən proseslər müxalifətə ziyan vurduğu qədər maraqlandırır. Qalanı mənim maraq dairəm deyil. Mən məhz orada gedən proseslərə görə bu partiyadan ayrıldım və təəssüf ki, davam edir. Baş verənlər, sadəcə olaraq deyərdim “Milli Hərəkat”ın özünü qınaması davam edir, bir vaxtlar bu əzab-əziyyət formasını almışdısa, indi müşahidə etdiklərimiz artıq komediyaya çevrilib. Belə davam etdirilməsi təkcə “Milli Hərəkat”a deyil, bütövlükdə müxalifətə ziyan vurur”- Roman Qotsiridze açıqlayıb.