Roman Qotsiridze - İspaniya futbol klubları, "Barselona", "Real Madrid" və "Osasuna" "Xalqın Gücü" nün qanununu pisləyən idman klublarımızla həmrəy olduqlarını açıqlayıblar
İspaniya futbol klubları, “Barselona”, “Real Madrid” və “Osasuna” “Xalqın Gücü” nün qanununu pisləyən idman klublarımızla həmrəy olduqlarını açıqlayıblar-bu barədə müxalifətdən olan deputat Roman Qotsiridze parlamentin plenar iclasında açıqlayıb.
Plenar iclasda “Xarici təsirin şəffaflığı” və “Xarici agentlərin qeydiyyatı haqqında” qanun layihələri müzakirə edilir.
“Bir neçə dəqiqə əvvəl məlumat yayıldı ki, bu qanunu pisləyən idman klublarımız, “Dinamo” və digərlərinin bəyanatlarına görə İspaniyanın “Barselona”, “Real Madrid” və “Osasuna” futbol klubları bu klublarla həmrəy olduqlarını açıqlayıblar. İstədiyiniz budur mu”-deyə Roman Qotsiridze açıqlayıb.