Roman Qotsiridze - iqtidarın ölkənin Avropa İttifaqına daxil olmasına necə mane olduğunu görürük, tövsiyələri həyata keçirmək üçün çox iş görmək lazımdır
İqtidarın ölkənin Avropa İttifaqına daxil olmasına necə mane olduğunu görürük -bu barədə parlamentin müxalifətçi üzvü Roman Qotsiridze açıqlayıb.
O bildirib ki, tövsiyələrin həyata keçirilməsi üçün çox iş görmək lazımdır.
“Aİ statusunun alınması ilə bağlı tövsiyələrin yarısı belə həyata keçirilməyib, həyata keçirilən isə fasad xarakterlidir. Hələ görüləsi çox iş var, iqtidarı zorla hərəkət etdiririk, çünki hələ müraciət daxil etməmişdilər, aksiyadan sonra verdilər. İqtidarın ölkənin Avropa İttifaqına daxil olmasına necə mane olduğunu görürük. Tövsiyələri həyata keçirmək üçün çox iş görmək lazımdır. Geosiyasi vəziyyətdən irəli gələrək, bizə hansısa güzəşt etsələr, əvvəlcədən göz yumacaqlar və bəzi tövsiyələrin icrasını gələcəyə təxirə salacaqlar, bu, istisna deyil, hərçənd hansısa jurnalistin status olacağı ilə bağlı yazdıqlarının ümidinə olmamalıyıq”-deyə Qotsiridze açıqlayıb.
Dünən, “Azadlıq” radiosunun jurnalisti Rikard İozviak “Twitter”də Avropa Komissiyasının may ayında Ukrayna, Moldova və Gürcüstanın Aİ-yə üzvlük statusu ilə bağlı yenilənmiş rəy təqdim edəcəyini yazıb.