Roman Qotsiridze - Gürcüstanda paradoksal iqtisadiyyat var, iqtisadiyyat artır, insanlar yoxsullaşır
Roman Qotsiridze - Gürcüstanda paradoksal iqtisadiyyat var, iqtisadiyyat artır, insanlar yoxsullaşır

 

“Vahid Milli Hərəkat” – birləşmiş müxalifət “Güc Birlikdədir” fraksiyasının üzvü Roman Qotsiridze payız sessiyasının ilk plenar iclasında siyasi bəyanatlar formatında çıxışı zamanı ölkənin iqtisadi artım göstəricilərindən danışıb və iqtisadi artımla bağlı rəsmi məlumatların saxtalaşdırıldığını qeyd edib.

“Baş nazir çıxıb deyir ki, iqtisadiyyat inkişaf edir, ölkədə hər şey yaxşıdır. Gürcüstanda paradoksal iqtisadiyyat var – iqtisadiyyat artır, insanlar yoxsullaşır. Rəsmi inflyasiyanın 20-30% və daha çox olması fonunda hansı artımdan söhbət gedir ? Dövlət Statistika Xidməti manipulyasiya edir və real qiymət artımını göstərmir. Mağazaya daxil olun və keçən il 100 lariyə nə ala biləcəyinizi və bu gün nə ala biləcəyinizi görün. İqtisadi artım inflyasiyanın real artımı ilə tənzimlənir. Əgər inflyasiya saxtalaşdırılarsa, iqtisadi artım tempi də saxtalaşdırılır. Niyə biz iqtisadi artımın təsirini hiss edə bilmirik? Niyə hər il on minlərlə insan ölkəmizi tərk edir?” – deyə Roman Qotsiridze bildirib.