Roman Qotsiridze bəyan edir ki, Parlamentdən başqa hökumət və prezident administrasiyasının piketləşdirilməsi planlaşdırılır
“Milli Hərəkat” fraksiyasının sədri, Roman Qotsiridzenin məlumatına görə, müxalif partiyalar tərəfindən təşkil olunmuş etiraz aksiyaları sabahdan bərpa olunacaq.
Qotsiridzenin juralistlərə bəyan etdiyinə görə, Parlamentdən başqa hökumət və prezident administrasiyasının piketləşdirilməsi planlaşdırılır.
Deputatın dediyinə görə, aksiyalar bölgələrə də keçəcək.
“Akiyalar nəticənin nail olunmasına qədər davam edəcək. Nəticə, demokratik seçki sisteminin formalaşdırılmasıdır. Əgər hakimiyyət verdiyi vədi yerinə yetirməzsə, etirazlar “Gürcü Arzusunun” dağılmasına qədər davam edəcək. Proporsional seçki ssiteminə keçirik və ya “Gürcü Arzusu” xarici və daxili təziqə dözə bilməyəcək. Lazım olduğunda Parlament tribunasından istifadə edəyik”, – Qotsiridze bəyan etdi.