Roman Qotsiridze - Dini pəhriz zamanı necə söymək olar? Pəhriz söyüncü hələ yaradılmayıb axı
“Milli Hərəkat” fraksiyasının sədri Roman Qotsiridzenin bəyanatına görə, hər cür tənqidi dinləmək lazımdır və o tənqid hər nə qədər də xoşa gəlməz olsa, siyasi opponentə söymək olmaz.
Qotsiridzenin dediyinə görə, iqtidarın heç bir sözünə əhali inanmır.
“Son bir il ərzində, iqtidarın heç bir məsələ ilə bağlı tərəqqisi olmayıb. Müvəffəqiyyətin bir misalını belə gətirə bilmirik. Məhkəmə sistemi dağılıb, sərhədlər pozulub, ölkəmizdən insanları qaçıra bilirlər, teroristlər daxil ola bilirlər, iqtisadiyyat tamamən dağılıb. Konstitusiyamızı başımızda cırdılar. Bütün bunları dinləmək iqtidar nümayəndələri üçün çətin olmamalıdır və buna görə, siyasi opponentinə söyməməlidirlər.
“Gürcü Arzusu”-nun nümayəndələri gecə-dündüz dua edirlər, o qədər dindardılar ki, yuxularında mələkləri görürlər, bəs bu dini pəhriz vaxtı necə söyünc işlədirlər? Dini pəhriz zamanı söyünc ifadələrindən istidafə etmək günah deyil mi? Pəhriz söyüncü hələ yaradılmayıb axı”, – dedi Roman Qotsiridze.
Xatırladaq ki, dünən fraksiya iclasında baş verən insindent zamanı, ölkənin baş naziri “Milli Hərəkat” fraksiyasının üzvü Nika Melianın təhqirlərinə cavab olaraq, söyünc ifadəsindən istifadə etdi.