Romanın tarixi mərkəzinə 2024-cü ildən dizel mühərrikli avtomobillərin daxil olmasının qadağan edilməsi mümkündür. Bu barədə Romanın meri, Virciniya Raci bəyan etdi.
“İqlim dəyişikliləri həyat tərzimizi dəyişir. Şəhərimizin gözlənilməyən çağırışlar qarşısında durması mümkündür. Biz ekstremal durumları əksər hallarda görürük, məsələn Latsioda quraqlıq, güclü yağış və qar. Buna görə biz vaxtında hərəkət etməliyik”, – mer öz Facebook-da yazdı.