Roma Papası- gürcülər daha geniş imkanlara layiqdirlər, gürcü xalqı mədəniyyət və iman sayəsində çətinliklərə müqavimət göstərməyə nail olurdu
Roma Papası- gürcülər daha geniş imkanlara layiqdirlər, gürcü xalqı mədəniyyət və iman sayəsində çətinliklərə müqavimət göstərməyə nail olurdu

 

Roma Papası Sulxan-Saba Orbeliani Universitetinin nümayəndə heyətini qəbul edib və onları qaranlığa, laqeydliyə və nifrətə qarşı mübarizədə təhsil və imandan istifadə etməyə çağırıb. Bu barədə “Vatican News” məlumat yayır.

Press-relizdə qeyd edildiyi kimi, Papa Fransisk Gürcüstandan Vatikana səfər edən nümayəndə heyətinin üzvləri qarşısında çıxışı zamanı gənclərin təhsilinin vacibliyinə diqqət çəkib.

“Təhsil gənc nəslin böyüməsinə və olduqca məhsuldar köklərə sahib olmasına kömək edir” -deyə Fransisk açıqlayıb.

Pontifik Gürcüstan haqqında da danışıb və bildirib ki, bu, qədim tarixə malik gənc dövlətdir.

Fransisk çıxışında həmçinin gürcü dilindəki “ganatleba” sözünə diqqət çəkib ki, bu da pontifikin sözlərinə görə, “aydınlıq” sözündəndir. Papa işığın qaranlıq otaqda hər bir əşyayı işıqlandırdığı kimi, təhsilin də hər şeyi dəyişə biləcəyini bildirib.

“Gürcüstanın tarixi həm də qaranlıqdan işığa keçid nümunələri ilə doludur, ölkə xarici işğalçılarla əlaqədar çətin vaxtlarda aydınlıqda qalmağı bacararkən, gürcü xalqı mədəniyyət və iman sayəsində çətinliklərə müqavimət göstərməyə nail olurdu. Gənclərdən başlayaraq gürcülər daha geniş imkanlara layiqdirlər. Eyni zamanda, özünəməxsus unikal gözəlliyi ilə səciyyəvi gürcü humanizmi başqa yerlərdə də təqdir olunmağa layiqdir, gürcü incəsənəti, musiqisi və digər ifadə formaları başqa mədəniyyətlərlə hörmətlə dolu qarşılıqlı əlaqə nəticəsində daha da zənginləşərdi. Bu halda da, nümunə olaraq, öz-özünə görünmək üçün mövcud olmayan, ətrafındakı və ondan kənar məkanı işıqlandırmaq üçün “nurdan” istifadə edəcəyəm. Yeni üfüqlər açan və sərhədləri genişləndirən mədəniyyət də belədir”- deyə Papa açıqlayıb.