Roma Papası – Avropada sülh naminə səbirlə dialoq aparmaq, danışıqlarda cəsarət nümayiş etdirmək və müəyyən mövqelərdə güzəştə getməyə hazır olmaq vacibdir

20:08, 28.09.2026

Avropada sülh naminə səbirlə dialoq aparmaq, danışıqlarda cəsarət nümayiş etdirmək və müəyyən mövqelərdə güzəştə getməyə hazır olmaq vacibdir, – bu barədə Roma Papası XIV Leo Fransanın Metz şəhərində çıxışı zamanı bildirib.

Katolik Kilsəsinin rəhbərinin sözlərinə görə, bu gün, təəssüf ki, müharibə Avropa da daxil olmaqla yenidən geri qayıdıb və bu, hər gün çox sayda dinc insanın həyatına son qoyan yeni bir “mənasız qırğındır“.

“Özümüzdən soruşmalıyıq: Dünya sülhünə töhfə vermək üçün həqiqətənmi yaradıcı səylər göstəririk, yoxsa sadəcə müharibənin səbəb olduğu qan tökülməsini dayandırmağa və qarşıda olduğunu düşündüyümüz müharibəyə daha yaxşı hazırlaşmağa çalışırıq?”, – deyə Roma Papası qeyd edib.

Oxşar