Roma Papası Asiya-Sakit okean regionuna turne çərçivəsində İndoneziyaya gedib
Roma Papası Asiya-Sakit okean regionuna turne çərçivəsində İndoneziyaya gedib

 
Roma Papası Asiya-Sakit okean regionuna turne çərçivəsində İndoneziyaya gedib. Bu haqda məlumatı “Reuters” yayır.

Cakarta Hava Limanında 87 yaşlı pontifik əlil arabası ilə liftdən istifadə edərək təyyarədən enib. Hava limanında onu İndoneziyanın dini işlər naziri, Vatikanın səfiri və bir neçə yepiskop qarşılayıb.

Vatikan səfirliyinə getdikdən sonra Fransisk İndoneziyada yaşayan bir qrup qaçqın, o cümlədən somalili və Şri Lankadan olan şəxslər, eləcə də Myanmardan olan Rohinca qaçqınları ilə görüşüb. Sabah Fransisk İndoneziyanın siyasi liderlərinə müraciət edəcək, sonrakı gün isə Cənubi Asiyanın ən böyük məscidində dinlərarası görüşdə iştirak edəcək.

Növbəti 10 gün ərzində Papa Fransisk Şərqi Timor, Sinqapur və Papua Yeni Qvineyaya da səfər edəcək. “Reuters” agentliyinin yazdığı kimi, Roma Papasının turne çərçivəsində qlobal istiləşməyə qarşı fəaliyyət çağırışı ilə çıxış edəcəyi gözlənilir.