Roin Şavadzenin qanunsuz həbsi, qəsdən adam öldürmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə işi üzrə 10 nəfər həbs cəzasına məhkum edilib
Roin Şavadzenin qanunsuz həbsi, qəsdən adam öldürmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə işi üzrə 10 nəfər həbs cəzasına məhkum edilib

Müdafiə Nazirliyinin serjantı Roin Şavadzenin qanunsuz həbsi, qəsdən adam öldürmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə işi üzrə 10 nəfər həbs cəzasına məhkum edilib.

Hakim Ketevan Cacvadze qərarı elan edib. Məhkəmə iclasında 8 təqsirləndirilən şəxs iştirak edib, iki nəfər isə axtarışdadır.

İttihamçı tərəf saxlanılanların həbsə məhkum edilməsini, müdafiə tərəfi isə onların 10-15 min lari girov müqabilində azadlığa buraxılmasını istəyib.