Roderis Kizeveter - Gürcüstanın Avropa İttifaqı perspektivina malik olması ilə bağlı hamımız razılaşırıq
Roderis Kizeveter - Gürcüstanın Avropa İttifaqı perspektivina malik olması ilə bağlı hamımız razılaşırıq

 

Gürcüstanın Avropa İttifaqı perspektivina malik olması ilə bağlı hamımız razılaşırıq-bu barədə Bundestaqın Xristian Demokrat İttifaqı fraksiyasının xarici siyasət üzrə spikeri Roderis Kizeveter Gürcüstan parlamentinin nümayəndə heyəti ilə görüşdən sonra açıqlayıb.

O, iqtidar və müxalifətin Ukraynanın Avropa İttifaqında namizədliyini dəstəklədiyinə şahid olduqlarını və bunun tez bir zamanda elan edilməli olduğunu bildirib.

“Gürcüstan parlamentinin sədri cənab Papuaşvili və parlamentin həm hakim partiyadan, həm də müxalifətdən olan üzvləri ilə möhtəşəm görüşümüz oldu. Tərəflər arasında gözəl söhbət alındı.Gürcüstanın Avropa İttifaqı perspektivina malik olması ilə bağlı hamımız razılaşırıq. Biz iqtidar və müxalifətin Ukraynanın Avropa İttifaqında namizədliyini dəstəklədiyini görürük. Bu mümkün qədər tez elan edilməlidir. Bu həm də Gürcüstan əhalisinə bir siqnaldır, çünki həmçinin siz də Avropa qaydalarından və dəyərlərindən asılısınız. Bu həm də sizin Avropa ruhunu dəstəkləmək üçün 30 illik səyinizin göstəricisidir”- deyə Roderis Kizeveter açıqlayıb.

Bununla yanaşı, Roderis Kizeveterin qeyd etdiyi kimi, onlar rus qoşunlarının Cənubi Osetiya və Abxaziyadan çıxarılmasını tələb etməlidirlər.

“NATO-ya gəlincə, mən hesab edirəm ki, biz təkcə Ukraynaya fokuslanmamalı, həm də rus qoşunlarının Gürcüstandan, Dnestryanıdan çıxarılmasını tələb etməliyik. Biz həmçinin rus nüvə silahlarının Kalininqraddan çıxarılmasını tələb etməliyik. Beynəlxalq ictimaiyyətin Gürcüstandan qoşunlarını çıxarmaq üçün Rusiyaya təzyiqləri artırması çox vacibdir. Onlar Abxaziya kimi Cənubi Osetiyadan da qoşunlarını çıxarmalı və Gürcüstan müstəqillik əldə etdikdən sonrakı mövcud ərazilərində azad, suveren ölkəyə çevrilməlidir. Beləliklə Ukraynada müharibənin dayandırılması, Rusiyanın Ukraynadan çıxması və 2008-ci ildən Gürcüstan ərazilərini işğal altında saxlayan qoşunların çıxarılmasını tələb etməli olduğumuz paket budur” -deyə Kizeveter açıqlayıq.