Roberta Metsola - Ukrayna dəstək almalıdır, eyni şey Moldova, Gürcüstan, Bosniya və Herseqovina üçün də keçərlidir
Ukrayna dəstək almalıdır, eyni şey Moldova, Gürcüstan, Bosniya və Herseqovina üçün də keçərlidir-Avropa Parlamentinin Prezidenti Roberta Metsola Avropa İttifaqı sammiti başlamazdan əvvəl deyib.
“Razılaşma həmişə mümkündür. Genişlənməyə gəlincə, çox aydındır ki, bu, qarşılıqlı qazanclı vəziyyətdir. Ukraynaya layiq olduğu mənəvi, siyasi, maliyyə dəstəyi verilməlidir və bu, öz təhlükəsizliyimiz üçün lazımdır. Eyni şey Moldova, Gürcüstan və Bosniya-Hersoqovina üçün də keçərlidir. Mən Avropa Şurasının hər iclasında deyirəm ki, biz Bolqarıstan və Rumıniyanın Şengenə qoşulması ilə bağlı qərar qəbul etmək istərdik. İnana bilmirəm ki, indi 2023-cü ilin dekabrıdır və biz hələ də Bolqarıstan və Rumıniya vətəndaşlarının Şengen zonasına daxil olmasından danışırıq”, – Roberta Metsola bildirib.