Roberta Metsola - Avropa Parlamenti gürcü xalqının Avropa istəklərini tam dəstəkləyir
Avropa Parlamenti gürcü xalqının Avropa istəklərini tam dəstəkləyir- Avropa Parlamentinin Prezidenti Roberta Metsola “Twitter”də yazır.
Avropa Parlamentinin Prezidentinin qeyd etdiyi kimi, Gürcüstan Avropa yolu ilə getdiyi üçün zəruri islahatlar əsas olacaq.
“Mənim Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə yaxşı görüşüm oldu. Avropa Parlamenti gürcü xalqının Avropa istəklərini tam dəstəkləyir. Əsas olan zəruri islahatlar olacaq, çünki Gürcüstan Avropa yolu ilə irəliləyir”- Roberta Metsola qeyd edir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Brüsseldə görüşlərini davam etdirir. Hökumət başçısı bu gün Avropa Parlamentinin Prezidenti Roberta Metsola ilə görüşüb.