Roberta Metsola və Volodimir Zelenskinin mətbuat konfransı hava hücumundan həyacan siqnalına görə dayandırılıb
Roberta Metsola və Volodimir Zelenskinin mətbuat konfransı hava hücumundan həyacan siqnalına görə dayandırılıb

 
Avropa Parlamentinin Prezidenti Roberta Metsola və Ukraynanın Prezidenti Volodimir Zelenskinin mətbuat konfransı hava hücumundan həyacan siqnalına görə dayandırılıb.

Metsola və Zelenski Ukrayna Prezidentinin ofisinin həyətində jurnalistlərin qarşısında birgə mətbuat konfransı keçirərkən hava hücumundan həyacan siqnalı işə düşüb.

Prezident Zelenski avropalı qonaqdan özünü necə hiss etdiyini soruşub, bu suala Roberta Metsola cavabında indi ukraynalıların gündəlik nələr keçirdiklərini daha yaxşı başa düşdüyünü bildirib.

“Bu, onların sülhə və nasizmlə mübarizəyə əsl münasibətidir. Reallıq belədir” – deyə Zelenski açıqlayıb.

Ukraynanın bölgələrinin əksər hissəsində, o cümlədən Kiyevdə hava hücumundan həyacan siqnalı elan edilib. Daha sonra həyəcan siqnalı ləğv edilib.