Roberta Metsola - Gürcüstanın keçməli olduğu və onu Avropa İttifaqına aparmalı olan yol haqqında gürcü həmkarımla söhbəti davam etdirirəm
Gürcüstanın keçməli olduğu yol haqqında gürcü həmkarımla söhbəti davam etdirirəm-bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola açıqlayıb.
Metsola bildirib ki, bu yol digər ölkələrin keçdiyi yoldan fərqli ola bilər, lakin Gürcüstanı Avropa İttifaqına aparmalıdır.
“Avropa Parlamentinin mövqeyi aydındır- Avropanı öz evi hesab edən bütün ölkələr üçün qapımız geniş açıq olmalıdır. Yazda bu barədə verdiyimiz açıqlamalar aydın idi, biz bu aydınlığı qorumalıyıq. Mən bir çox gürcü dostum və həmkarımla Gürcüstanın keçməli olduğu yol haqqında danışırdım və indi də danışmağa davam edirəm. Bu yol çox vacibdir, bəlkə də digər ölkələrin keçdiyi yoldan fərqlidir, lakin bu yol sonda Gürcüstanı Avropa İttifaqına aparmalıdır”-deyə Metsola açıqlayıb.