Roberta Metsola - Bir şey aydındır, güclü Almaniya olmadan Avropa güclü ola bilməz
Roberta Metsola - Bir şey aydındır, güclü Almaniya olmadan Avropa güclü ola bilməz

 
Bir şey aydındır ki, Almaniya güclü olmasa, Avropa güclü ola bilməz. Bu barədə Avropa Parlamentinin Prezidenti Roberta Metsola bildirib.

Bu haqda maltalı siyasətçi Budapeştdə Avropa Siyasi Birliyinin sammiti başlamazdan əvvəl jurnalistlərlə söhbətində qeyd edib.

Metsola bildirib ki, “Avropa Siyasi Birliyi” növbəti aylarda gözləmə rejimində olacaq.

“Biz siyasi sabitliyə çağırdığımız, bütün tərəfləri məsuliyyətlə hərəkət etməyə çağırdığımız növbəti bir neçə ayı səbirsizliklə gözləyirik” -Roberta Metsola bildirib.

Məlumat üçün bildirək ki, 2021-ci ilin sonunda keçirilən seçkilərdən sonra qurulan Almaniyanın hakim koalisiyası iqtisadi məsələlərlə bağlı uzun müddətdir davam edən mübahisəyə görə dağılıb.

Kansler Olaf Şolts, koalisiyaya daxil olan “Azad Demokratlar Partiyası”nın lideri, maliyyə naziri Kristian Lindneri vəzifəsindən azad etmək qərarını verib və 2025-ci ilin yanvarında Bundestaqda yeni hökumətə etimad səsverməsini təyin edəcəyini bildirib.

Müxalif “Xristian-Demokratik Birlik” partiyasının lideri Fridrix Merts isə Şolts hökumətinə etimad səsverməsinin artıq gələn həftə keçirilməsini istədiyini bildirib.