Roberta Metsola - Avropa Parlamenti ilk günündən müəyyənləşdirdi ki, hər üç ölkənin namizəd kimi qəbulu lazımdır, bu formulasuya Avropa İttifaqı şurasının bugünki qərarında əks olunacaq
Avropa Parlamenti ilk günündən müəyyənləşdirdi ki, hər üç ölkənin namizəd kimi qəbulu lazımdır, bu formulasuya Avropa İttifaqı şurasının bugünki qərarında əks olunacaq, – bu barədə bu gün Avropa İttifaqı Şurasının sammitinin keçiriləcəyi Brüsseldə Avropa Parlamentinin sədri, Roberta Metsola jurnalistlərə bəyan etdi.
“Mən son günlər və həftələr ərzində çoxlu gürcülərlə söhbət etmişəm. Şuranın rəyinin mətni Gürcüstana yol açır. Avropa Parlamenti ilk günündən müəyyənləşdirdi ki, hər üç ölkənin namizəd kimi qəbulu lazımdır, bu formulasuya Avropa İttifaqı şurasının bugünki qərarında əks olunacaq. Bu gün həm də tarixi və xüsusi gündür, çünki bizim qitəmizdə müharibə gedir və ümid edirəm ki, biz Ukrayna və Moldovaya namizəd statusunu verəcəyik”, – Roberta Metsola bəyan etdi.