Robert Plant Gürcüstandadır. İngiltərəli rokmusiqiçi və onun brendinin təyyarəsi Batumi Beynəlxalq Aeroportuna endi.
“Led Zeppelin”-in keçmiş sollisti artıq Batumi mehmanxanalarının birindədir. Robert Plant mediaya şərh verməyib.
Tanınmış musiqiçi sabah “Black Sea Arena”-da konsert keçirəcək. Bununla da o, “Qara Dəniz Festivalını” açacaq.
Birinci Kanala “Qara Dəniz Festivalının” təşkilatçılarının bəyan etdiklərinə görə, Gürcüstanda olduğu zaman Robert Plant Batumi və Acaranın kəndlərindən birini gözdən keçirəcək. Elə onların məlumatına görə, bu musiqiçinin özünün tələbi idi.
Gürcüstanda Cazfestival sabah, iyulun 19-da Robert Plantın konserti ilə açılacaq və iyunun 22-dək davam edəcək.