Robert Fitsoya qarşı hücumda şübhəli bilinən kişiyi məhkəmə həbsdə saxladı
Robert Fitsoya qarşı hücumda şübhəli bilinən kişiyi məhkəmə həbsdə saxladı

Məhkəmə Robert Fitsoya qarşı hücumda şübhəli bilinən kişiyi həbsdə saxladı, məlumatı Slovakiya mediası yayır.

İxtisaslaşdırılmış cinayət məhkəməsinin hakimi prokurorun xahişini qəbul etdi və təqsirləndirilən şəxs barəsində həbsdə qalma qərarını verdi. Medianın yazdığı kimi, buna səbəb şübhəlinin qaçmaq təhlükəsi olub. Məhkəmə təqsirləndirilən şəxs barəsində həbs- qətimkan tədbirinin seçilməsi məsələsini üç saat yarım müzakirə edirdi.

Təqsirləndirilən şəxsin qərardan şikayət edib-etməyəcəyini bildirmək üçün qanunla müəyyən edilmiş müddət var və Ali Məhkəmə bunu müzakirə edə bilər. Slovakiyanın baş nazirini öldürmək cəhdinə görə 71 yaşlı kişini 25 il və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.

Məlumat üçün bildirək ki, mayın 15-də hücumçu Slovakiyanın baş nazirinə odlu silahla beş yara yetirdi. Fitsonun vəziyyəti stabildir, hərçənd, ağırdır. Həkimlər hazırki mərhələdə onun Bratislavaya nəqlini məqsədəuyğun hesab etmirlər.