Rişi Sunak və Yens Stoltenberq aprelin 23-də Polşaya səfər edəcəklər

19:00, 22.04.2024

Böyük Britaniyanın baş naziri Rişi Sunak və NATO-nun baş katibi Yens Stoltenberq aprelin 23-də Polşaya səfər edəcəklər.

Polşanın baş naziri Donald Tuskun sözlərinə görə, səfər Polşanın Avropada təhlükəsizlik mövqeyini bərpa etmək planının bir hissəsidir.

“Bu, Polşanın təhlükəsizlik siyasətində mövqeyini bərpa etmək və genişləndirmək missiyamın davamıdır. Əminəm ki, bizim müttəfiqlərimiz, xüsusən də sıx əməkdaşlıq etdiyimiz müttəfiqlərimiz var – britaniyalılar, skandinaviyalılar, bizim region ölkələri ki, işimiz daha yaxşı əlaqələndirilə bilsin”, – deyə Donald Tusk bildirib.

Donald Tuskdan Polşanın Ukraynanın “Patriot” tipli sistemlərlə təchiz edilməsi təşəbbüsünə qoşulub-qoşulmayacağı barədə ünvanlanmış sualına Tusk bunun mümkün olmadığını cavabını bildirib. Onun sözlərinə görə, səmanın qorunmasına töhfə verən başqa silah növləri də var və bu baxımdan Polşa Ukraynaya kömək edə biləcək.

Oxşar