Rişi Sunak Britaniya parlament seçkilərində məğlub olduğunu etiraf edib
Rişi Sunak Britaniya parlament seçkilərində məğlub olduğunu etiraf edib

Böyük Britaniyanın baş naziri Rişi Sunak parlament seçkilərində məğlub olduğunu etiraf edib.

“Bu seçkidə İşçi Partiyası qalib gəldi” deyən Sunak partiyanın lideri Keir Starmeri qələbə münasibətilə təbrik etdiyini bildirib.

“Bu gün hakimiyyət nizamlı və dinc şəkildə dəyişəcək. Bu, Britaniya xalqının bizi oyatmaq üçün verdiyi hökmdür. Öyrənməli və düşünməli çox şey var. Bu itkiyə görə məsuliyyəti öz üzərimə götürürəm”, – deyə Sunak bildirib.

“Exit-poll”un nəticələrinə görə, 14 illik “mühafizəkarlar” hakimiyyətinin ardından Leyboristlər Partiyası növbədənkənar seçkilərdə qalib gəlib. Leyboristlər 650 nəfərlik İcmalar Palatasında 410 yeri tutacaq və onların lideri Kier Ştrammer ölkənin baş naziri olacaq.