“Rioni dərəsi mühafizəçiləri” hərəkatı Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərüfatı Nazirliyi qarşısında aksiya keçirir
traf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi qarşısında “Rioni dərəsi mühafizəçiləri” hərəkatı tərəfindən “Raça satılmır” aksiyası keçirilir.
Mitinq iştirakçılarının sözlərinə görə, onlar Raçada 104 712 hektar meşə sahəsi üçün 2022-ci ildə verilmiş lisenziyanın ləğvini tələb edirlər, bu lisenziyaya görə Raça meşələri iş adamı Davit Xidaşeliyə 49 illik icarəyə verilib.
Bundan əlavə, aksiyanın təşkilatçılarından biri Varlam Qoletianinin sözlərinə görə, polis onların etirazına mane olsa da, aksiya bir həftədir ki, nazirliyin qarşısında 24 saat davam edir. Qoletianinin sözlərinə görə, hüquqmühafizə orqanı işçiləri mitinq iştirakçılarına müvəqqəti sığınacaq və generator qurmağa icazə vermirlər.
Mitinq iştirakçıları nazirlə görüş və ondan izahat tələb edirlər ki, polis niyə özünü belə sərt aparır, bir nəfərə 49 illik meşə mülkiyyəti vəsiqəsi niyə verilib.
Müəllif -
Mehemmed Bayramaliyev