“Rioni dərəsi mühafizəçiləri” hərəkatı Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi qarşısında aksiya keçirir
“Rioni dərəsi mühafizəçiləri” hərəkatı Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi qarşısında aksiya keçirir
Aksiya iştirakçılarının bəyanına əsasən, onlar 2022-ci ildə verilmiş lisenziyanın ləğvini tələb edirlər, bu lisenziya əsasında Racha meşələri iş adamı Davit Xidaşeliyə 49 illik icarəyə verilib.
Mitinq iştirakçılarından biri Marita Miselianinin dediyinə görə, lisenziyanı ləğv etmək, əhali ilə məsləhətləşmək və sonra ərazidə hansısa biznes planının həyata keçirilməsindən danışmaq lazımdır.
“İki aydan çoxdur ki, küçədəyik. Nazirlikdən cavab istədik. Bizə lisenziyanı ləğv edəcəklərinə dair söz verirlər və həm də, daima anlaşılmaz xəbərlər uydurulur. Biz çadır qurmağa gedirdik. Polis heç bir səbəb olmadan çölə çıxıb camaatı dağıtdı, bir qadının dişi qırıldı. 13 nəfər inzibati qaydada həbs edilib. Əsas tələb bu insanların azadlığa buraxılmasıdır. Racha meşələrinə gəlincə, lisenziya ləğv edilməlidir, çünki o, qanunsuz verilib”, – mitinq iştirakçısı bildirib.
Mitinq iştirakçıları indiyədək ərazidə qalıblar və həbs olunan şəxslər azadlığa buraxılmayana və Racha meşələrinin özgəninkiləşdirilməsi ilə bağlı lisenziya ləğv olunmayana qədər dağılmayacaqlarını bəyan edirlər.
Müəllif -
Mehemmed Bayramaliyev