Rikotinin yeni 1800 metrlik tunelinin açılışı edildi və köhnə tunelin bərpasına başlanılır
Rikotinin yeni 1800 metrlik tunelinin açılışı edildi və köhnə tunelin bərpasına başlanılır

 

Şərq-Qərb magistral yolunun Rikoti dağ keçidi hissəsində, Rikotinin tarixi tunelinə paralel olaraq yeni, 1800 metrlik tunelin tikintisi başa çatdırılıb və avtonəqliyyatın hərəkəti bu gündən etibarən açılıb.

Məlumatı Regional İnkişaf və İnfrastruktur Nazirliyi yayır.

Qurumda, yeni 1800 metrlik tunelin Rikoti dağ keçidi yolunda mövcud və tikilməkdə olan tunellər arasında ən uzunu olduğu deyilir.

“Olduqca mühüm Rikotinin əsas, şərq və qərbi birləşdirən yeni tunelinin tikintisi başa çatdı. Müvafiq olaraq, sözügedən tunelə nəqliyyatın hərəkəti artıq bu gün keçiriləcək. Yeni tunel yol təhlükəsizliyinin tamamilə bütün, mexaniki və elektrik sistemi ilə tam təchiz olunub. Əlbəttə, ventilyasiya, birbaşa əlaqələr, bildiriş sistemləri ilə. Həmçinin, bu sistemlərin idarə olunması üçün zəruri infrastrukturun tikintisi davam etdirilir. İki paralel tunelin bir avtomobil çıxışı da daxil olmaqla üç təxliyə çıxışı ilə bir-birinə birləşdiriləcəyi də mühümdür. Əminliklə demək olar ki, hazırda Gürcüstanın ən uzun tunelləri yol təhlükəsizliyinin bütün zəruri sistemləri ilə təchiz olunacaq” – İrakli Karseladze Rikotinin yeni tunelinə baxış keçirərkən qeyd edib.

Nazir, bu gündən etibarən avtonəqliyyatın yeni tunellə hərəkət edəcəyini, köhnə tuneldə isə bərpa işlərinə başlanılacağını bildirib. Köhnə tuneldə yol örtüyü yenilənəcək, lampalar dəyişdiriləcək, yol təhlükəsizliyinin zəruri sistemləri quraşdırılacaq.

İrakli Karseladze həmçinin Rikotinin sürətli yolunun qalan işlərindən də danışıb və nazirin izahına görə işlər intensiv şəkildə davam edir.

“Şorapani-Arqveta hissəsinin tikintisi son mərhələdədir, Çumateleti-Xevi hissəsində isə intensiv işlər aparılır. Bəzi böyük yamacların işlənilməsi artıq son mərhələdədir. Əlbətdə, yeni yolun salınacağı və hərəkətin keçiriləcəyi sürüşmə hissəsində çağırış var. İşlər davam etdiriləcək və iqlim şəraiti nəzərə alınmaqla, örtüyün döşənməsinə də başlanılacaq. Müvafiq olaraq, demək olar ki, bununla Rikoti hissəsinin tikintisi tam başa çatacaq” – nazir qeyd edib.

Nazirlikdən verilən məlumata əsasən, hazırda avtonəqliyyat 77 körpü və 43 tuneldən ibarət Rikotinin yeni sürətli yolunun 36 km-dən artıq istifadə edir. Rikoti dağ keçidində ümumilikdə 52 km uzunluğunda 4 zolaqlı sürətli yol, 51 tunel və 97 körpü tikilir. Rikotinin 51 tunelindən 50 tuneli və 97 körpüdən 89-u artıq tikilib. Yeni yol, yol təhlükəsizliyinin bütün müassir standartlarını, o cümlədən işıqlandırma sistemini nəzərdə tutur.