Tbilisi-Senaki-Leselidze avtomobil yolunun Rikoti hissəsində səhərdən yolun təmizləmə işləri aparılır. Ağır texnika işləyir.
Rikotidə problemlər güclü yağış nəticəsində yarandı. Avtomobil Yolları Departamentinin məlumatına görə, güclü yağış nəticəsində bir neçə yerdə torpaq sürüşdü.
Bu vaxt üçün Rikotidə avtomobil hərəkəti yubanıb.
“Aktiv təmizləmə işləri aparılır ki, ən qısa zamanda avtomobil hərəkəti tam bərpa olunsun”, – Avtomobil Yolları Departamentində bəyan edirlər.