Həyata keçirilən intensiv təmizləmə işləri nəticəsində, beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze yolunun 169 km-də (Rikoti hissəsi) avtonəqliyyatın hərəkəti bərpa oldu, – bu barədə Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatında deyilir.
İdarənin məlumatına görə, hərəkət tədbiq olunmuş xüsusi rejimə uyğun olaraq həyata keçiriləcək.
Bu gün səhər, güclü yağış nəticəsində Rikotidə sürüşmüş torpar hərəkətə məhdudiyyətlər yaratdı. Yerində təmizləmə işləri bir neçə saat ərzində həyata keçirilirdi.