Avtomobil yolları departamenti Rikoti dağ yolunun dördüncü hissəsinin inşaatı ilə bağlı müqavilə hazırladı.
Müqavilə Şorapani-Arqveta (F4) hissəsinin inşaatı üşün elan edilən beynəlxalq tenderdə qalib olan birgə müəssisə – Guizhou Highway Engineering Group və China National Technical Import and Export Corporation ilə imzalandı.
Müqaviləyi Gürcüstanın regional İnkişaf və İnfrastruktur Nazirinin birinci müavini, avtomobil yolları departamentinin sədri İrakli Karseladze, – Guizhou Highway Engineering Group -un baş meneceri Mu Jinvei və şirkətin – China National Technical Import and Export Corporation marketinq departamentinin baş menecerinin müavini İanq Binq imzaladılar.
Nazirliyinin məlumatına görə, yolun inşaatını 582 777 310 lari ilə, “Asya İnkişaf Bankı” maliyyələşdirir.
Yolun dördüncü hissəsində, 14.7 kilometrlik sement-betonlu, dörd xəttli yol, 14 hörpü və 12 tunel olacaq.
Rikoti yolunda tam olaraq, 51.6 kilometril məsafənin inşaatı planlanır, hansı ki, 96 körpünün və 53 tunelin tikilməsini nəzərdə tutur.