Rikoti tunelində avtomobil hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Rikoti tunelində avtomobil hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Rikoti tunelində avtomobil hərəkəti iyunun 3-dən iyunun 7-dək müvəqqəti məhdudlaşdırılacaq. Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, məhdudiyyət yay mövsümü ilə bağlı profilaktik işlər ilə əlaqədardır.

“Tbilisi-Senaki-Leselidze beynəlxalq əhəmiyyətli avtomobil yolunda, Rikoti tunelində, iyunun 3-ü saat 08:00-dan iyunun 7-i saat 08:00-dək bütün növ avtonqliyyat üçün hərəkət qadağan olunur”, – Yollar Departamentinin məlumatında deyilir.

Qeyd olunan məhdudiyyət Patrul Polisinin bilavasitə nəzarəti və koordinasiyası ilə həyata keçiriləcək.